Ukrayna Rusiyanın strateji təyyarəsi vurdu: "A-50 məhv edildi"

17:57 - 15 Yanvar 2024

Ukrayna Rusiyanın strateji təyyarəsi vurdu: \"A-50 məhv edildi\"

Ukrayna Rusiyanın inventarında olan strateji təyyarələrindən biri olan A-50-nin Azov dənizi üzərində vuruub.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı açıqlama verib.

O, Rusiyaya məxsus A-50 uzaqmənzilli radar aşkarlama və “İL-22” tipli komanda-nəzarət təyyarəsinin məhv edildiyini təsdiqləyərək,  " Azov dənizi bölgəsində mükəmməl planlaşdırılmış əməliyyat üçün Havaya  qüvvələrinə  minnətdaram deyib.

Valeri Zalujnı, Rusiya üçün strateji əhəmiyyət kəsb edən A-50 rus təyyarələri üçün hədəfləri əlaqələndirib. 

Bildirilir ki, fevralın 23-də İngiltərə Müdafiə Nazirliyinin verdiyi brifinqə görə, Rusiyanın 6 ədəd A-50-yə malik olduğu düşünülür.  Qeyd edilib ki, bu təyyarələrin tikintisi yüz milyonlarla dollara başa gələ bilər.

Qeyd edək ki, hücumla bağlı Rusiya rəsmilərindən hələ ki, heç bir açıqlama gəlməyib,  lakin hərbi analitiklər A-50-nin itirilməsinin Hərbi Hava Qüvvələri üçün böyük zərbə olacağını bildirirlər. Məşhur hərbi kanal olan Rybar bu barədə qeyd edib ki, Ukrayna məlumatı təsdiqlənərsə, bu, “Rusiya Hərbi Hava Qüvvələri üçün daha bir qaranlıq gün olacaq”.

BBC-yə danışan “Rusi” müdafiə araşdırma mərkəzinin hava müharibəsi üzrə eksperti Castin Bronk A-50-ləri “əsas müşahidə platforması” kimi xarakterizə edib və bunun Rusiya ordusu üçün utanc verici itki olduğunu bildirib.

Rusiya Hərbi Hava Qüvvələrinə bağlı Telegram səhifəsi FighterBomber, İl-22 komanda və idarəetmə təyyarəsinin 'dost atəşi' ilə vurulduğunu və təyyarənin Rusiyaya dönməyi bacardığını iddia edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk da Telegram-dakı paylaşımında təyyarənin vurulduğunu təsdiqləyib, lakin əməliyyatla bağlı təfərrüat verməkdən imtina edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az