Bu ölkədə daşqın oldu- ÖLƏNLƏR VAR

18:43 - 15 Yanvar 2024

Bu ölkədə daşqın oldu- ÖLƏNLƏR VAR

Braziliyanın Rio-de-Janeyro şəhərində daşqın hadisəsi baş verib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, həftə sonu yağan yağışların səbəb olduğu sel nəticəsində 11 nəfər həyatını itirib.

Küçə və prospektlərin su altında qaldığı şəhərdə metro stansiyaları, mağazalar, evlər su altında qalıb, ağaclar aşıb. Bəzi ərazilərdə sürüşmə hadisəsi baş verib.

Rio-de-Janeyro meri Eduardo Paes şəhərdə fövqəladə vəziyyət elan olunduğunu açıqlayarkən, Braziliya hökuməti bölgəyə federal dəstək göndərilməsi təklifi ilə çıxış etdiyini bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az