Prezident seçkilərinə hazırlaşan ABŞ-da Respublikaçılar Partiyasının Ayova ştatında keçirilən ilkin seçkilərində qeyri-rəsmi nəticələrə görə Donald Tramp qalib gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp Ayova ştatında qalib gələrək rəqibləri Florida qubernatoru Ron DeSantisi və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylini geridə qoyub.
Kokus şəklində keçirilən praymerizdə qeyri-müəyyən nəticələrə görə, Tramp 51 faiz səslə rahat qələbə qazanıb.
DeSantis 21 faizdən bir qədər çox səslə ikinci yeri qazandığı halda, Heyli 19 faizlə üçüncü olub.
Əfsanə
Manşet.az