Türkiyənin Gürcüstana elektrik avadanlıqları ixracı 160 milyon dolları ötüb

01:02 - 17 Yanvar 2024

Türkiyənin Gürcüstana elektrik avadanlıqları ixracı 160 milyon dolları ötüb

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Gürcüstana elektrik avadanlıqları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıraraq, 160,6 milyon dollara çatdırıb.

 

Manset.az-ın  məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2023-cü ilin dekabr ayında Türkiyə Gürcüstana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 11,2 faiz artıraraq 17,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 16,2 milyard dollara bərabər olub.

Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 2,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.TurkicWorld


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az