Putin İstanbul görüşündən danışdı: Ukrayna razılaşmışdı, lakin..

00:45 - 17 Yanvar 2024

Putin İstanbul görüşündən danışdı: Ukrayna razılaşmışdı, lakin..

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə İstanbulda aparılmış sülh danışıqlarını şərh edib.

 

Manset.az xəbər verir ki, Putin bələdiyyə rəhbərləri ilə görüşdə 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında tərəflərin razılığa gəldiyini, bu razılıq əsasında Rusiyanın qoşunlarını Kiyev ətrafından geri çəkdiyini bildirib.

O deyib ki, Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya hətta razılaşmanı imzalamışdı.

Putin qeyd edib ki, indi David Araxamiya Rusiyanın Ukraynanın NATO-ya üzvlükdən imtinası müqabilində döyüş əməliyyatlarını dayandırmağa hazır olduğunu, lakin Britaniyanın ovaxtkı baş naziri Boris Consonun təkidi ilə İstanbul razılaşmasından imtina edildiyini deyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az