Çilidə dəhşətli qəza - Təyyarə alov içində magistral yola düşdü

11:31 - 17 Yanvar 2024

Çilidə dəhşətli qəza - Təyyarə alov içində magistral yola düşdü

Çilinin Maule bölgəsində dəhşətli qəza baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Talca şəhəri yaxınlığında yanğına müdaxilə edən təyyarə alov içində magistral yola düşüb.

Naməlum səbəbdən qəzaya uğrayan təyyarənin pilotu Fernando Solans Robles (58) həyatını itirib, hadisə yerində olan 4 nəfər yaralanıb.

Maule əyalətinin qubernatoru Kristina Bravo qəzaya görə kədərləndiyini bildirib və həlak olan pilotun ailəsinə başsağlığı verib.

O, həmçinin meşə yanğınlarının qarşısını almağa çağırıb.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az