Dünya şöhrətli futbolçu Fransa daxili işlər nazirini məhkəməyə verdi - Bu səbəbdən

13:47 - 17 Yanvar 2024

Dünya şöhrətli futbolçu Fransa daxili işlər nazirini məhkəməyə verdi - Bu səbəbdən

Mövsümün əvvəlində "Real Madrid"dən Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna transfer olunan ulduz futbolçu Kərim Benzema Qəzza ilə bağlı paylaşımından sonra onu “Müsəlman Qardaşlar”ına bağlı olmaqda ittiham edən Fransa Daxili İşlər naziri Cerald Darmanini məhkəməyə verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Darmanin qatıldığı televiziya proqramında Benzemanın “Müsəlman Qardaşlar”ına rəğbət bəslədiyini iddia edib.

Darmanin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda həlak olanlar üçün mesaj dərc etmədiyini deyib. Nazir, "Müsəlman Qardaşlar” adlı çoxbaşlı ilanla savaşırıq, çünki cihad mühiti yaradırlar” deyib.

Qeyd edək ki, Darmanin daha əvvəl Fransa himnini oxumaqdan imtina edən Benzemanı “sosial şəbəkələrdə dini təbliğ etməkdə” ittiham etmişdi. Benzemanın vəkili Hugues Vigier nazir Darmanini müvəkkilinin reputasiyasına xələl gətirməkdə ittiham edib.

RTL kanalına danışan vəkil Benzemanın “siyasi istismarın” qurbanı olduğunu bildirib və daxili işlər nazirini “Fransada parçalanma yaratmaqda” ittiham edib.

Benzema tərəfindən açılan diffamasiya işinin 92 səhifəlik ərizəsində Darmaninin Müsəlman Qardaşları ilə bağlı iddiası rədd edilib. Müraciətdə "Benzemanın "Müsəlman Qardaşlar" təşkilatı ilə zərrə qədər də əlaqəsi olmadığı və "Müsəlman Qardaşlar" təşkilatının üzvü olduğunu iddia edən heç kimi tanımadığı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az