Çin Covid-19-un ölümcül versiyasını istehsal etdi

14:13 - 17 Yanvar 2024

Çin Covid-19-un ölümcül versiyasını istehsal etdi

2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan və qlobal epidemiyaya çevrilən koronavirusun daha ölümcül versiyası Çin alimləri tərəfindən laboratoriya şəraitində hazırlanıb.  

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hazırlanmış mutant Covid-19 virusu siçanlar üzərində sınaqdan keçirilib və daha öldürücü xüsusiyyətlərə malik olduğu müəyyən edilib.

Pekin Kimya Texnologiyaları Universitetinin alimləri “GX_P2V” kodlu virusun insanlara keçmə riskini vurğulayıblar.

Elm adamları sözügedən virusun 2017-ci ildə Malayziya panqolinlərində aşkar edilmiş koronavirusun mutasiyaya uğramış versiyası olduğu, həmçinin, siçanlar üzərində aparılan təcrübədə 8 gün ərzində ölümə səbəb olduğu məlumatını paylaşıblar.

"GX_P2V"-nin sınaqdan keçirildiyi siçanların ağciyərlərindən sümüklərinə, gözlərindən nəfəs borusu və beyinlərinə qədər bir çox orqanlarını ciddi şəkildə zədələndiyi müşahidə edilib və ölməzdən bir gün əvvəl siçanların gözlərinin tamamilə ağardığı qeyd edilib.

Tədqiqatçılar, bu araşdırmanın siçanlarda Covid-19 ilə əlaqəli virusun ölüm nisbətinin 100 faiz olduğunu bildirən ilk araşdırma olduğunu və bu araşdırmanın əvvəlki tədqiqatları üstələdiyini qeyd ediblər.

London Universitet Kollecinin Genetika İnstitutunun epidemioloqu Francois Balloux tədqiqatı "dəhşətli" və "elmi baxımdan tamamilə mənasız" kimi qiymətləndirib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az