Almaniyanın İsrailə 10 min tank döyüş sursatı göndərməyi planlaşdırdığı xəbərindən sonra HƏMAS bunu "Qəzzada soyqırım müharibəsinin iştirakçısı olmaq" kimi qiymətləndirdiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə HƏMAS yazılı açıqlama verib.
HƏMAS İsrailin Qəzza zolağına 3 aydan artıqdır davam edən hücumlarına toxunaraq, Almaniyanın planının “nasist sionist hökumətin (İsrail) törətdiyi hərbi cinayətlərə görə bütün siyasi və mənəvi məsuliyyət daşıdığı bildirilib. Bəyanatda qeyd olunub ki, bu, Almaniyanı Fələstin xalqına qarşı müharibədə birbaşa tərəfdaşa çevirəcək.
Almaniyanın planının ən sərt şəkildə pisləndiyi bildirilən Həmas bəyanatında bu ifadələrə də yer verilib:
“Görünür, Almaniya bəşəriyyətə qarşı günahlarla dolu tarixini yenidən yaradır və yaxın keçmişdən alınan bütün dərslər buna mane olmayıb. Xalqımız, özlərinə qarşı hücumda iştirak edənləri və bütün tabuları pozan bu qatil düşmənə himayədarlıq edən heç kəsi unutmayacağımızı və bağışlamayacağımızı bildiririk".
Əfsanə
Manşet.az