İsrail mediası baş nazir Benyamin Netanyahunun Qəzza zolağında israilli məhbusların azad edilməsi üçün HƏMAS ilə yeni danışıqlara başlamaq təklifini rədd etdiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, adı açıqlanmayan İsrail nazirlərinin bir müddət əvvəl HƏMAS-ın əlində olan israilli məhbusların azad edilməsinə dair razılaşma təklifinin ümumi konturlarını hazırladıqları bildirilib.
Danışıqların adı açıqlanmayan bir vasitəçi vasitəsilə irəlilədilməsinin gözlənildiyi bildirilsə də, Netanyahunun mövqeyini sərtləşdirdiyi və sonda bu addımı rədd etdiyi bildirilib.
Netanyahunun ofisinin danışıqlarla bağlı verdiyi açıqlamada, "Həmasın tələb etdiyi və Baş nazirin qəti şəkildə rədd etdiyi şərtin müharibənin sonu olduğu" ifadə edilib.
İsrail ordusunun məlumatına görə, Qəzza zolağında hələ də 136 israilli məhbus var.
Əfsanə
Manşet.az