Tamaşa biletləri qara bazarda satışa çıxarılan aktyor üsyan etdi: “Məni əsəbiləşdirməyin”

16:35 - 18 Yanvar 2024

Tamaşa biletləri qara bazarda satışa çıxarılan aktyor üsyan etdi: “Məni əsəbiləşdirməyin”

Tamaşa biletlərinin qara bazarda 50 min TL-yə satışa çıxarıldığını öyrənən Cem Yılmaz pərəstişkarlarına xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aktyor sosial media X hesabından paylaşım edərək "Mən yenə üzərimə düşən xəbərdarlığı edim. Lütfən almayın. Məni əsəbiləşdirməyin” deyib.

Cem Yılmaz paylaşımında "Mən yenə üzərimə düşən xəbərdarlığı edim. Dəyərli dostlar, İstanbuldakı orta tamaşa bileti nə qədərdirsə mənimki də o qədərdir. 30 il oldu. İllərdir “qara bazar” var, lütfən almayın, almayın, etməyin.” ifadələrindən istifadə edib.

Qeyd edək ki, Cem Yılmazın “CMXXIV” adlı yeni şousu fevralın 7-dən etibarən Zorlu PSM-də tamaşaçılarla görüşəcək. Biletləri 495 ilə 4 min 400 lirə arasında satışa çıxarılıb və qısa müddətdə yükənib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az