İlk türkiyəli astronavt kosmosa YOLA SALINDI - VİDEO

09:37 - 19 Yanvar 2024

İlk türkiyəli astronavt kosmosa YOLA SALINDI - VİDEO

İlk türkiyəli astronavt Alper Gezeravcının kosmik səyahəti uğurla başlayıb.

 

Manset.az xəbər verir ki, o, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) digər əməkdaşları ilə birgə “SpaceX” şirkətinə məxsus kosmik gəmi ilə havaya qalxıb.

Gezeravcı Beynəlxalq Kosmik Stansiyaya yola düşüb.

Türkiyənin insanın iştirakı ilə həyata keçirilən ilk kosmik missiyası çərçivəsində o, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

Qeyd edək ki, indiyədək buraxılış bir neçə dəfə texniki səbəblərdən təxirə salınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az