Dünyanın beşinci ən varlı adamı və “Meta”nın sahibi Mark Zukerberq İnstaqram səhifəsində həyat yoldaşı Priscilla Chan ilə səmimi bir paylaşım edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, birlikdə romantik şam yeməyinə getməzdən əvvəl qızları Maksın fotolarını çəkmək istədiyini deyən Zukerberq həmin kadrı yayımlayıb.
Zukerberq bütün digər ailə fotolarında olduğu kimi yenə qızının üzünü gizlədib.
İnstagram, WhatsApp və Facebook-un qurucusu olan milyarder övladlarının təhlükəsizliyi üçün öz platformalarında onların üzlərini gizlədir.
Zukerberq özünün və ailəsinin məxfiliyini qorumaq üçün ildə 14 milyon dollar xərcləyir.
Əfsanə
Manşet.az