Göyərtəsində ilk türkiyəli astronavt olan kosmik gəmi BKS-yə çatdı

15:57 - 20 Yanvar 2024

Göyərtəsində ilk türkiyəli astronavt olan kosmik gəmi BKS-yə çatdı

“SpaceX”in “Crew Dragon” kosmik gəmisi “Axiom” kommersiya proqramının bir hissəsi olaraq Beynəlxalq Kosmik Stansiyasına (BKS) yanaşıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

“Crew Dragon”un heyətində Türkiyənin ilk astronavtı olan Alper Gezeravcı da var. Heyətə türkiyəli astronavtla yanaşı, ispaniyalı astronavt Maykl Lopez-Aleqria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyinin isveçli astronavtı Markus Vandt daxildir.

Onlar təxminən iki həftə ərzində stansiyanın hazırkı heyəti ilə birlikdə 30 elmi təcrübə keçirəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az