Netanyahunun HƏMAS-ın təklifinə cavabı

10:59 - 22 Yanvar 2024

Netanyahunun HƏMAS-ın təklifinə cavabı

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın əsir mübadiləsi təklifini rədd etdiyini və "Biz bütün cəbhələrdə və sektorlarda müharibəni davam etdiririk" deyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Netanyahu yayımladığı video bəyanatında indiyədək 110 əsiri geri gətirdiklərini və onların hamısını geri qaytarmaqda qərarlı olduqlarını, “Həmasın təslim olma şərtlərini” rədd etdiyini bildirib.

HƏMAS-ın İsrail qüvvələrinin Qəzzanı tərk etməsini tələb etdiyini ifadə edən Netanyahu, bunu qəbul etsələr, “əsgərlərin boş yerə ölmüş olacağını, vətəndaşların təhlükəsizliyinin təmin olunmayacağını və daha bir 7 oktyabrın an məsələsi olacağını” müdafiə edib.

Netanyahu, “Biz bütün cəbhələrdə və sektorlarda müharibə aparırıq. Biz heç bir terrorçuya toxunulmazlıq vermirik. Nə Qəzzada, nə Livanda, nə Suriyada, nə də başqa yerdə. Bizə zərər verməyə çalışan hər kəsə zərər verəcəyik” deyib.  

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az