ABŞ ordusunda kiçik zabit kimi xidmət edən və İnstaqramdakı paylaşımları ilə fenomenə çevrilən 34 yaşlı Mişel Yanq intihar edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölüm xəbəri çıxmazdan bir neçə gün əvvəl Yanq İnstaqramda qızı Qreysi üçün ad günü mesajı paylaşıb.
Mişel Yanq "Tanıdığım ən şirin qızın ad günü mübarək. Həyatımın ən gözəl tərəfi sənin anan olmağımdır" deyib. Həmçinin, Yanq İnstaqramda qadınlar üçün idman geyimləri şirkətində modellik edirdi.
12 yaşlı qızını geridə qoyan Mişelin dostları ifadələrində belə deyiblər:
“Mişel incə ruhlu idi, mükəmməl bir dost idi, tək ana və əsgər idi. Heç vaxt birinin hansı problemlərlə boğuşduğunu bilmərik. Ürəyimizdəki boşluğunu doldura bilməyəcəyik”.
Qeyd edək ki, sentyabr ayında yazdığı bir yazıda qardaşının 14 yaşındaykən həyatına son verdiyini xatırladan və çətin vəziyyətdə olan hər kəsi yardım almağa çağıran Yanqın intiharına nəyin səbəb olduğu hələlik bəlli deyil.
Əfsanə
Manşet.az