“İfrat sağçılara qarşı küçələrə çıxanlar hamımızı ruhlandırır” - Almaniya prezidenti

16:08 - 22 Yanvar 2024

“İfrat sağçılara qarşı küçələrə çıxanlar hamımızı ruhlandırır” - Almaniya prezidenti

Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkədə ifrat sağçılara qarşı küçələrə çıxan yüz minlərlə nümayişçinin hər kəsi ruhlandırdığını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ştaynmayer videomüraciətində “Hamısı bir-birindən fərqlidir, lakin hamısının ortaq bir cəhəti var. Onlar indi misantropiyaya və ifrat sağa qarşı ayağa qalxır” deyib.

Ştaynmayer bu insanların gələcəkdə birlikdə azad və sülh içində yaşamaq istədiklərini vurğulayıb:

“Bu insanlar hamımızı ruhlandırır. Onlar respublikamızı, konstitusiyamızı və konstitusiyamızın düşmənlərinə qarşı müdafiə edirlər. Onlar bizim insanlığımızı müdafiə edirlər. Demokratiyamızın gələcəyi demokratiyaya qarşı çıxanların səsinin gücündən deyil, demokratiyanı müdafiə edənlərin gücündən asılıdır. Gəlin birlikdə daha güclü olduğumuzu göstərək”.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az