İtaliyada Marko adlı şəxsin cinsiyyət dəyişdirmə prosesi zamanı hamilə olduğu üzə çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qadından kişiyə keçid mərhələsində olan şəxsin beş aylıq hamilə olması dünya mətbuatında geniş işıqlandırılıb.
Romalı endokrinoloq Giulia Senofonte, "Hamiləliyi aşkarlandıqdan sonra ediləcək ilk iş hormon terapiyasını dərhal dayandırmaq idi" deyib.
Marko artıq döşlərini çıxarmaq üçün mastektomiya etdirib və uşaqlığını çıxartmağa hazırlaşarkən Romadakı bir xəstəxana tərəfindən hamilə olduğu aşkar edilib.
İtaliya qanunları ana bətnində olan körpənin fiziki görünüşünə təsir edəcək, orqan və sistemlərinin funksiyalarını pozacaq pozğunluq və ya əlillik və ya ananın sağlamlığı üçün əhəmiyyətli risk olduqda 90 gündən sonra aborta icazə verir.
Palermodakı cinsiyyətin dəyişdirilməsi klinikasının məsləhətçisi Matilde Vigneri belə qeyri-adi analıq nəticəsində yaranan psixoloji stressin terapevtik abort üçün kifayət qədər əsas ola biləcəyini söyləyib:
“Markonun hamiləliyi davam edərsə, Marko özünü həm bioloji ana, həm də qanuni ata olaraq görəcək. Bu bir şok olacaq. Burada homoseksual ailələrin hələ də hüquqları yoxdur. Təsəvvür edin, belə bir xüsusi şəraitdə doğulmuş bir uşaq".
Əfsanə
Manşet.az