“Uşaqlarımız öldürülərkən burada oturmayacaqsan”

17:48 - 22 Yanvar 2024

“Uşaqlarımız öldürülərkən burada oturmayacaqsan”

Qəzzadakı israilli məhbusların yaxınları İsrail parlamentinə basqın edib.

 

Bu barədə Manset.az xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, 1 qrup əsirin yaxını asayiş keşikçilərinin maneələrini keçərək Qərbi Qüdsdə İsrail parlamentində Maliyyə Komitəsinin iclasının keçirildiyi zala daxil olub.

Əynində maykalar və “Onları (əsirləri) geri gətirin” yazılı plakatlar daşıyan nümayişçilər deputatları HƏMAS ilə yeni əsir mübadiləsinə çağırıb.

Sosial şəbəkələrdə yayılan videolarda əsirlərin yaxınlarının İsrail parlamentinə basqın zamanı gərginliyin zaman-zaman artdığı görülüb.

Videoda əsirin qohumlarından birinin “Uşaqlarımız öldürülərkən burada oturmayacaqsan” deyə qışqırması eşidilib.

İsrail ordusunun bəyanatına görə, Qəzza zolağında 136 israilli əsir var.

Qeyd edək ki, Qərbi Qüdsdə baş nazir Benyamin Netanyahunun evi qarşısında çadır quraraq etiraz aksiyası keçirən məhbusların yaxınları hökuməti xalqın təhlükəsizliyini təmin etməməkdə günahlandırır və əsirləri xilas etmək üçün ən qısa zamanda razılaşma əldə olunmasını tələb edir. 

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az