İngiltərədə keçmiş sevgilisinin qapısına butan qazı ilə doldurulmuş şüşə qoyub evin qapısını partladan qadına 6 il həbs cəzası verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mənzildəki yanğını söndürməyə gələn yanğınsöndürmə briqadası, qadının evin divarına “Bu mənzil cəhənnəmdə yansın” yazdığını bildirib.
Britaniya polisi qadının 2022-ci ildə öz mənzilində də silsilə yanğınlar törətdiyini və hər iki cinayətə görə yanvarın 16-da mühakimə olunduğunu qeyd edib.
Əfsanə
Manşet.az