Ukraynanın qələbəsinin nədən asılı olduğunu açıqladı

08:02 - 23 Yanvar 2024

Ukraynanın qələbəsinin nədən asılı olduğunu açıqladı

Ukraynanın qələbəsi artilleriya raketlərinin radiusunun uzunluğundan və ordunun hava hücumundan müdafiə sistemləri ilə tam təmin olunmasından asılıdır.

 

Manset.az  xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqının (Aİ) Diplomatik Məsələlər Rəhbərləri Şurasında çıxışı zamanı danışıb.

“Hava hücumundan müdafiənin gücləndirilməsi prioritet olaraq qalır. Mən həmçinin, artilleriya mərmilərinin, bütün növ pilotsuz təyyarələrin və radiusu 300 kilometrdən çox olan uzaqmənzilli raketlərin tədarükünü sürətləndirməyə çağırıram. Nə qədər çox mərmi, bir o qədər az itki; radius nə qədər uzun olsa, müharibə də bir o qədər qısa olacaq”, - deyə Ukrayna XİN rəhbəri bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az