Rusiya Xarkovu atəşə tutdu - Ölən və yaralanan var

21:50 - 22 Yanvar 2024

Rusiya Xarkovu atəşə tutdu - Ölən və yaralanan var

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərini atəşə tutub.

 

Manset.az  xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda yazıb.

O bildirib ki, hücum nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

O.Sinequbovun sözlərinə görə, mülki avtomobil yanıb. Həmçinin ətrafdakı yaşayış binası və mağazaya da ziyan dəyib.

Xilasetmə xidmətləri fəsadların aradan qaldırılması üçün yerində işləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az