ABŞ və Böyük Britaniya Yəməndəki Husilərin hədəflərinə “birgə hava zərbələri” endiriblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə ABŞ müdafiə rəsmiləri CBS News-a məlumat verib.
Rəsmilər bildiriblər ki, hücumlar radarlar da daxil olmaqla müxtəlif nöqtələri hədəf alıb.
Bazar ertəsi hücumlarda USS Eisenhower aviadaşıyıcısının ABŞ döyüş təyyarələrinin də iştirak etdiyi bildirilib.
ABŞ-ın iki müdafiə rəsmisi daha əvvəl bildirmişdilər ki, son hücumların əksəriyyəti husilərin atmağa hazırlaşdıqlarına “inanılan” raketlər vurulub.
Əfsanə
Manşet.az