Ümrə qrupunu daşımaq üçün Mədinədə Şahzadə Məhəmməd Bin Əbdüləziz hava limanından havaya qalxan təyyarədə nəzarətsiz çanta çaxnaşma yaradıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şübhəli paket xəbərdarlığı alan təyyarə hava limanına qayıdıb.
Şahzadə Məhəmməd Bin Əbdüləziz hava limanına təcili eniş etməli olan təyyarə polis qrupları tərəfindən bomba kəşfiyyatçı itləri ilə axtarışa verilib.
Axtarışlar nəticəsində təyyarədəki çantada paltar və müxtəlif əşyaların olduğu müəyyən edilib.
Geniş axtarışdan sonra təyyarənin yenidən havaya qalxmasına icazə verilib.
Saat 22.00 radələrində havaya qalxan təyyarə 02.30 radələrində Kastamonu hava limanına çatıb.
Əfsanə
Manşet.az