İsveçdə fəaliyyət göstərən moda sənayesi nəhəngi H&M Avstraliyada "Məktəbə dönüş modası ilə diqqəti cəlb et" şüarı ilə qız uşaqlarının fotolarından istifadə edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, brend sözügedən reklamı "uşaqları cinsiləşdirməyə çalışmaq" ittihamından sonra geri götürüb.
Mumsnet-in baş icraçı direktoru Justine Roberts, "Pərakəndə satıcıların gənc qızları vaxtından əvvəl seksuallaşdıran uyğunsuz reklamlar istehsal etməyə davam etdiyini görmək məyusedicidir" deyib.
H&M açıqlamasında yalnız Avstraliyada yayımlanan reklamın silindiyini bildirib və “Kampaniyanın yaratdığı narahatlığa görə çox üzr istəyirik”, - deyə məlumatda qeyd edib.
Əfsanə
Manşet.az