Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfər dəvətindən istifadə edəcək, lakin bu səfər Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərindən əvvəl baş tutmayacaq.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Qrafiklər razılaşdırıldıqda, prezident bu təklifdən yararlanacaq", - Peskov Life-a müsahibəsində səfərin prezident seçkilərindən əvvəl baş tuta bilməyəcəyini deyib.
Martın 17-də Rusiyada prezident seçkiləri keçiriləcək.