Donald Tramp ilk praymerizdə qalib gəldi

11:30 - 24 Yanvar 2024

Donald Tramp ilk praymerizdə qalib gəldi

Yanvarın 23-də Nyu-Hempşirdə keçirilən ilk praymerizdə Donald Tramp liderdir.

 

Manset.az xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp respublikaçıların ilk praymerizində səslərin çoxunu qazanıb.

Bülletenlərin 79%-nin hesablanmasının nəticələrinə əsasən, Tramp 55%, onun əsas rəqibi, ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli isə 43,4% səs toplayıb. Texaslı iş adamı və keşiş Rayan Binkli (Respublikaçılar Partiyası) cəmi 0,05% səs toplayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az