İsveçin NATO-ya üzvlüyünün Türkiyə Böyük Millət Məclisində təsdiqlənməsindən sonra ABŞ Türkiyə ilə bağlı diqqət çəkən açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ rəhbərliyi F-16-ların Türkiyəyə satışının ABŞ, Türkiyə və NATO müttəfiqlərinin milli təhlükəsizlik maraqlarına uyğun olduğunu bildirib.
Rəsmi “Bu (F-16 satışı) NATO daxilində qarşılıqlı əlaqəni artıracaq və ABŞ-ın milli maraqlarına uyğundurş. Konqresin xarici ölkələrə silah satışında mühüm rolu var və biz bu məsələdə Konqreslə işləyirik” - deyə ifadəsində qeyd edib.
Bildirək ki, İsveçin NATO-ya qəbul protokolunun təsdiqini məqsədəuyğun hesab edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında səs çoxluğu ilə qəbul edilib. Səsvermədə iştirak edən 346 deputatdan 287-si lehinə, 55-i əleyhinə səs verib, 4 deputat isə bitərəf qalıb.
Əfsanə
Manşet.az