Şimali Koreya prezidenti Kim Çen In Cənubi Koreya ilə bağlı növbəti addım ataraq iki ölkənin birləşməsini simvolizə edən abidəni söküb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, paytaxt Pxenyanda yerləşən abidə iki qadın fiqurun əlində xəritə tutan birləşmə simvolu kimi tanınırdı.
Kim Çen Inın abidəni sökmək qərarına “Potensial Düşmən” adlandırdığı Cənubi Koreyanın reaksiyasının necə olacağı maraq doğurub.
Kimin bu hərəkəti Cənubi Koreya ilə Qərb ölkələri arasında çağırış kimi şərh edilsə də, yanvarın 23-də çəkilmiş peyk fotoşəkilləri Şimali Koreyanın paytaxtı Pxenyanın mərkəzində dayanan abidənin yerində nəhəng bir çuxur olduğunu göstərib.
2001-ci ildə tikilən abidənin sökülməsindən sonra bölgədə siyasi gərginliyin daha da artacağı təxmin edilir.
Əfsanə
Manşet.az