“İl-76 üç raketlə vurulub” - Kartapolov

14:20 - 24 Yanvar 2024

“İl-76 üç raketlə vurulub” - Kartapolov

“Hərbi əsirləri daşıyan İl-76 təyyarəsi Belqorod vilayətində 3 raketlə vurulub”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov deyib. 

Onun sözlərinə görə, təyyarə ya “Patriot”, ya “IRIS T” zenit-raket komplekslərinin raketləri ilə vurulub: “Ukrayna rəhbərliyi planlaşdırılan mübadilə barədə bilirdi. Ölkə əsirlərin necə aparılacağı barədə məlumatlandırılmışdı, lakin təyyarə ya “Patriot”, ya da Almaniya istehsalı “IRIS T” raketləri ilə vurulub. Bunu mütəxəssislər ayırd edəcək”.

Kartapolov, həmçinin qeyd edib ki, vurulan təyyarənin ardınca daha 80 əsiri daşıyan başqa bir İl-76 təyyarəsi gedirmiş. Sözügedən təyyarə vaxtında geri qaytarılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az