Ötən aylarda Türkiyədə döş estetikası etdirən İngiltərədə yaşayan 22 yaşlı gənc model Chloe Rosenin məmə ucları çürüyüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əməliyyata 108 min lirə ödəyən model (təxminən 5600) yaşadığı hadisəni sosial media hesabında izləyiciləri ilə paylaşıb.
Chloenin ailəsi İngiltərədəki vəziyyəti həll etmək üçün GoFundMe kampaniyasına başlayıb. Başlanan kampaniyada Chloeni evə gətirmək üçün 308 min TL-dən çox pul toplanıb. Chloenin bacısı Collette Pickering, "Chloe sinə qaldırma əməliyyatı etdi, məmə uclarında qan dövranı itirdi və məmə ucları öldü. Həkimlər heç vaxt problem olduğunu etiraf etmədilər, proses boyunca hər şeyin normal olduğunu söylədilər" deyib.
Digər tərəfdən Chloenin vəziyyəti İngiltərə Xarici İşlər Nazirliyi tərəfindən də izlənməyə başlayıb.
Əfsanə
Manşet.az