Türkiyəli məşhur aktyor Burak Sergen həyat yoldaşı Nihan Ünsaldan boşanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2021-ci ildən bəri davam edən məhkəmə prosesi İstanbul Ədliyyəsi 10-cu Ailə Məhkəməsi tərəfindən yekunlaşdırılıb və tərəflərin boşanması qərara alınıb.
Aktyor özündən 28 yaş kiçik olan xanım ilə evləndikdən 4 ay sonra xəyanət ilə üzləşib.
Bildirək ki, Aktyor hazırda "Hudutsuz sevda" serialında "Rızvan Leto" obrazını canlandırır.
Əfsanə
Manşet.az