Macarıstan İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini açıqladı

18:04 - 24 Yanvar 2024

Macarıstan İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini açıqladı

Macarıstan İsveçin NATO-ya üzvlüyünü dəstəkləyir.

 

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş Naziri Viktor Orban X sosial media hesabından NATO-nun baş katibi Stoltenberqlə telefon danışığı ilə bağlı açıqlama verib.

“Mən (telefon danışığında Stoltenberqə) Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini bir daha təsdiqlədim”. "Mən həmçinin vurğuladım ki, biz Macarıstan Milli Assambleyasını İsveçin üzvlüyünün lehinə səs verməyə və ilk mümkün fürsətdə ratifikasiyanı yekunlaşdırmağa çağırmağa davam edəcəyik", - Orban deyib. 

Orban dünən sosial şəbəkədəki paylaşımında isveçli həmkarı Ulf Kristerssona İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqlar aparmaq üçün dəvət məktubu göndərdiyini açıqlayıb.

Bunun üzərinə İsveç Xarici İşlər Naziri Tobias Billström mətbuata verdiyi açıqlamada Macarıstan lideri Orbanın təklifi ilə bağlı  "Hazırda danışıqlar aparmaq üçün heç bir səbəb görmürəm. Təbii ki, ümid etdiyimiz, Macarıstanın üzvlüyə tezliklə razılıq verməsidir. mümkün qədər."  bunları deyib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az