İranda Təbriz-Məşhəd reysi ilə havaya qalxan təyyarə məcburi eniş edib.
Manset.az Asriran xəbər saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı İran Hava Limanları Şirkəti tərəfindən məlumat yayılıb.
Məlumatda bildirilir ki, "Təbriz hava limanından Məşhədə uçan sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıq səbəbindən məcburi eniş edib".
“İran Air Tur”a məxsus təyyarədə olan sərnişinlərin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Jalə
Manşet.az