Rusiya Kiyev də daxil olmaqla bir neçə vilayətə raketlərlə hücum etdi

10:38 - 07 Fevral 2024

Rusiya Kiyev də daxil olmaqla bir neçə vilayətə raketlərlə hücum etdi

Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə səhər saatlarında raketlərlə hücumu nəticəsində partlayış olub, itki və dağıntı barədə məlumat verilməyib.

 

Manset.az xəbər verir ki, məlumatı Kiyevin meri Vitali Kliçko və Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı yayıb.

Məlumata görə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri raketlərin zərərsizləşdirilməsi istiqamətində fəaliyyət göstərib.

Bildirilib ki, Rusiyanın “Tu-95” qırıcıları ölkənin Murmansk vilayətindəki Olenya aerodromundan uçuş edib.

Məlumata görə, Ukraynanın Çerkassk, Xarkov, Nikolayevsk vilayətlərinə də hücum olub. Nikolayevskdə 1 nəfər ölüb, yaralananlar və dağıntılar var.

Hücumda İran istehsalı olan “Shahed” PUA-larından da istifadə olunduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az