Türkiyəli məşhur aktrisa Fahriye Evcen həyat yoldaşı Burak Özçivitlə 2 il müddətinə 80 milyon TL-yə müqavilə bağladığı reklam markasının çəkilişi zamanı gərginlik yaşayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aktrisa onun üçün hazırlanan xüsusi kulisə baxmayaraq dəbdəbəli karavan olmadan çəkilişlərə başlamayıb.
Yaşanan gərginlikdən sonra Evcenin istəyi ilə qısa müddətdə çəkiliş meydançasına lüks karavan gətirilib.
Çəkiliş meydançasında yaşanan karavan böhranı qısa zamanda müzakirə mövsusu olsa da, Fahriye Evcendən hələlik açıqlama gəlməyib.
Əfsanə Rəcəb
Manşet.az