Alimlər qlobal istiləşmənin dünyaya təsirini azaltmaq üçün günəş şüalarının qarşısını alan böyük çətir hazırlamağı planlaşdırırlar.
Manset.az-ın xarici mediaya istinadən məluatına görə, bu "çılğınca layihənin" yalnız prototipi 20 milyon dollar tələb edir.
Beləki, kosmosa göndərilən nəhəng çətir günəş şüalarının qarşısını alaraq qlobal istiləşməni dayandıra və eyni zamanda 2 il ərzində Yerin temperaturunu azalda bilər. Yerdən 14,4 milyon kilometr uzağa göndəriləcək "Yelkən" adlı çətir nəhəng kölgə yaradaraq iqlim böhranı ilə mübarizə aparacaq.
Komanda, 2027-ci ilə qədər tamamlanacağını iddia etdikləri 9,2 kvadratmetrlik prototipin istehsalı üçün 20 milyon dollara ehtiyac olduğunu açıqlayıb.
Əfsanə Rəcəb
Manşet.az