İsrailin baş naziri Binyamin Netanyahu ABŞ dövlət katibi Antoni Blinken ilə Qərbi Qüdsdə görüşüb.
Manset.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyinin Mətbuat Xidməti açıqlama yayıb.
Açıqlamada bildirlir ki, Netanyahu Qərbi Qüdsdəki Baş nazirlik binasında Blinken ilə “uzun və əhatəli özəl ikitərəfli görüş” keçirib.
Görüşdən sonra nümayəndə heyətləri arasında geniş tərkibdə görüş baş tutub.
İclasda İsrailin hərbi kabinetinin üzvü, strateji işlər naziri Ron Dermer, Milli Təhlükəsizlik Şurasının sədri Tzachi Haneqbi, İsrailin xarici kəşfiyyat agentliyinin Mossad direktoru David Barnea, daxili kəşfiyyat agentliyi Şin-Betin direktoru Ronen Bar və Netanyahunun müşavirləri iştirak ediblər.
ABŞ tərəfdən isə ABŞ-ın İsrail-Fələstin üzrə xüsusi nümayəndəsi Hadi Amr, ABŞ-ın Yaxın Şərq humanitar məsələləri üzrə xüsusi nümayəndəsi Devid Satterfild və ABŞ-ın İsraildəki səfiri Ceykob C.Lyu iştirak edib.
Fələstin mənbələri, HƏMAS-ın Qəzza zolağında hər biri 45 gün davam edən üç mərhələli əsir mübadiləsi və atəşkəs nəzərdə tutan planı qəbul etdiyini bildirib.
İsrail Baş Nazirlik Ofisi, Həmas-ın danışıqlar nəticəsində əsir mübadiləsi və atəşkəsə verdiyi cavabın Qətər vasitəsilə Mossad-a çatdırıldığını və hərtərəfli qiymətləndirildiyini açıqlayıb.
Jalə
Manşet.az