"Norveç özünün təhlükəsizliyinə xələl gətirir."
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Norveç hakimiyyətinin son militarist hərəkətləri Avro-Arktika regionunda əlavə gərginliyin artması ilə nəticələnir. Bundan əlavə, onlar faktiki olaraq öz müstəqilliyindən və suverenliyindən könüllü olaraq imtina edən Norveçin özünün təhlükəsizliyinə xələl gətirirlər”, - XİN nümayəndəsi qeyd edib.
Məlumdur ki, Finlandiya, Norveç və İsveçdə keçirilməsi planlaşdırılan təlimlər bu il martın 4-dən 15-dək baş tutacaq. Onlarda 14 ölkədən 20 minə yaxın hərbçi iştirak edəcək. Zaxarovanın sözlərinə görə, Rusiya öz sərhədlərində NATO-nun hərbi potensialının artırılmasını cavabsız qoymayacaq və milli təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq üçün adekvat müdafiə tədbirləri görəcək.
Bundan əvvəl Zaxarova İsveçin “Şimal axını” ilə bağlı təhqiqatını başa çatdırmasına cavab verib.
Jalə
Manşet.az