Pakistan Bəlucistan əyalətində parlamentinin aşağı palatasına sabah keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərin ofisləri yaxınlığında partlayış baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, partlayış nəticəsində 28 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilib.
Əfsanə Rəcəb
Manşet.az