İtaliyalı parlamentari Azərbaycanda gənc seçicilər arasında fəallıqdan heyran olub

19:22 - 07 Fevral 2024

İtaliyalı parlamentari Azərbaycanda gənc seçicilər arasında fəallıqdan heyran olub

Biz 12-13 məntəqədə olduq. Səsvermə prosesi şəffafdır. Səhər seçici fəallığı çox yaxşı gedir.

 

Manset.az xəbər verir ki, İtaliyadan olan parlamentari-müşahidəçi Andrea de Cüzeppe Trend-ə müsahibəsində bildirib ki, artıq baş çəkdiyi 12-13 seçki məntəqəsində müşahidə etdiyi səsvermə prosesi şəffaf və fəaldır.

"Məntəqədə çoxlu gənclərin olduğunu gördük. Bu, demokratiya prosesi üçün çox yaxşıdır və onun inkişafı deməkdir. Burada, İtaliyada, Avropada gənclər səsvermədə iştirak etməkdən çəkinirlər və burada seçki məntəqələrində biz çoxlu sayda gənc nəslin iştirakını qeydə almışıq və bu, əladır".

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az