Səudiyyə Ərəbistanında qız tələbələrin imtahan binalarına çadra geyinərək daxil olması qadağan edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin Təhsil və Təlimin Qiymətləndirilməsi Komissiyası məlumat verib.
Qəbul edilən qərara əsasən, məktəbli forması şagirdlər üçün məcburi olub.
Qız tələbələrdən "əxlaqi qaydalara" əməl etmələri və çarşaf geyinməmələri istəniləcəyi açıqlanıb.
Tələbə qızlarla bağlı qərar “2030-cu il vizyonuna uyğun bir sıra islahatların bir hissəsi” kimi şərh edilib və bu, Ər-Riyadın qadınları Krallığın gücünün mühüm hissəsi kimi dəstəklədiyini göstərir.
Əfsanə Rəcəb
Manşet.az