Netanyahu HƏMAS-ın atəşkəs təklifini rədd etdi: Rəfaha hücum əmri verdi

11:41 - 08 Fevral 2024

Netanyahu HƏMAS-ın atəşkəs təklifini rədd etdi: Rəfaha hücum əmri verdi

HƏMAS-ın atəşkəs təklifinə qarşı çıxan İsrailin baş naziri Benyamin Netanyahu orduya Qəzza zolağının Rəfah şəhərinə hücum etməyi əmr edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Netanyahu HƏMAS ilə atəşkəs razılaşması ilə bağlı ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündən sonra mətbuat konfransı keçirib.

İsrailin baş naziri Qəzza zolağında HƏMAS-ın təsdiqlədiyi atəşkəs razılaşmasına qarşı çıxdığını, həmçinin, orduya Qəzzada məcburi köçkün fələstinlilərin sığındığı Rəfah bölgəsinə hücuma hazırlaşmaq əmri verdiklərini açıqlayıb.

Qəzza zolağındakı israilli məhbusların ailələrinə müraciət edən Netanyahu, HƏMAS-ın tələblərinin “real olmadığını”, hərbi təzyiqin davam etdirilməsinin məhbusları gətirmək üçün yeganə variant olduğunu, HƏMAS-ın tələblərini qəbul etməyin məhbusları azad etməyəcəyini və bunun əksinə, yeni bir qırğına səbəb olacağını müdafiə edib.

Baş nazir Qəzzaya edilən hücumların bir neçə ay ərzində nəticə verəcəyini iddia edərək, məqsədlərindən əl çəkməyəcəklərini bildirib. Netanyahu Blinkenə HƏMAS-a qarşı “qələbəyə” yaxın olduqlarını və “Bu qələbənin Yaxın Şərqdə əks-sədası olacağını” söyləyib.

1 milyondan çox məcburi köçkün fələstinli mülki vətəndaşın Qəzzanın cənubuna sığındığı Rəfah şəhəri ilə bağlı Netanyahu, "İsrail ordusuna Rəfah və mərkəzi düşərgələrdə hücuma hazırlaşmaq göstərişi verdik" deyib.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az