Ekvador Kolumbiyadan sonra evtanaziyanı dekriminallaşdıran ikinci ölkə olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, konstitusiya məhkəməsinin qərarı ilə artıq həkimlər xəstələrin ölümünə kömək edə biləcəklər və bu, qətl sayılmayacaq. Həkimlər bu qərarla ağrıları olduğu üçün ölmək istəyən xəstələrin erkən ölməsinə kömək edə biləcəklər.
Evtanaziya məsələsi ilk dəfə Ekvadorda ALS xəstəliyindən əziyyət çəkən qadının məhkəməyə müraciəti ilə gündəmə gəlib.
Qadın ağrılar keçirdiyini, tənhalıq və ağrılar yaşadığını, rahat ölmək istədiyini bildirib. Məhkəmə qərar verib ki, həyat şəraiti ağrılı olanlar sərbəst şəkildə qərar verə bilərlər.
Qadın bu qərarın ölkəsini daha azad bir hala gətirdiyini və insan haqları uğrunda mübarizənin asan olmadığını vurğulayıb.
Lakin, Roma Katolik Kilsəsinin evtanaziyaya qarşı sərt çıxışı ilə cəmiyyətdə müzakirələr davam edir.
Əfsanə Rəcəb
Manşet.az