2024-cü il prezident seçkiləri çərçivəsində Manhettendə prezident Co Baydenin təşviqat tədbirinin keçiriləcəyi binanın ətrafına toplaşan əksəriyyəti yəhudi əsilli onlarla nümayişçi polis tərəfindən saxlanılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nümayişçilər ABŞ prezidentini Qəzzada İsrailin soyqırımına dəstək verməkdə ittiham ediblər.
Digər tərəfdən, Manhettenin başqa bir bölgəsindəki Kolumb Meydanına toplaşan yüzlərlə fələstinli tərəfdar Baydenin Nyu Yorka gəlişinə etiraz edərək Qəzzada dərhal atəşkəs elan edilməsini istəyib.
Əfsanə Rəcəb
Manşet.az