Kremldən açıqlama: Putin Türkiyəyə nə vaxt gələcək?

16:27 - 08 Fevral 2024

Kremldən açıqlama: Putin Türkiyəyə nə vaxt gələcək?

Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də baş tutacağı gözlənilən Türkiyəyə səfəri sonrakı tarixə təxirə salınıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov da paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verərkən səfərə də toxunub.

Putinin Türkiyəyə səfərinin tarixi ilə bağlı sualı cavablandıran Peskov, "Tarix hələ müəyyənləşməyib. Səfər razılaşdırılıb, hazırlıq prosesi davam edir. Bu səfəri gözləyirik" deyib.

Peskov səfər tarixinin Rusiyada mart ayında keçiriləcək prezident seçkiləri və prezident Rəcəb Tayyib Ərdoğanın sıx iş qrafiki nəzərə alınaraq müəyyən ediləcəyini qeyd edərək, tarix dəqiqləşəndə ​​bunu tərəfdaşlarına açıqlayacağını deyib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az