“Survivor All Star”da Turabi və Nihat səhhətində yaranan problemlə əlaqədar yarışmadan ayrıldıqdan sonra Acun Ilıcalı keçmiş iştirakçılar olan Səma Aydemir, Hilmicem və Avatar Atakanın gələcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əkizi Səmanın gələcəyindən xəbər tutan mavi komanda yarışmacılarından Seda Ocak Acuna dəqiqələrlə yalvarıb.
Seda "Xahiş edirəm, eyni komandada olaq. Anamla atam çox üzülür. Birimiz həmişə ac, digərimiz isə yazıq", deyə Ilıcalıdan icazə istəyib.
Əfsanə Rəcəb
Manşet.az