İsrailin mühasirəyə aldığı Qəzzaya hücumlarında həyatını itirənlərin sayı 27 min 840-a yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra məlumat verib.
O, İsrailin son 24 hücumunda ölənlərin sayının 130, yaralananların sayının isə 170 nəfər olduğunu açıqlayıb.
Bu rəqəmlərlə İsrailin hücumlarında həyatını itirənlərin sayı 27 min 840, yaralananların sayı isə 67 min 317 olub.
Əfsanə Rəcəb
Manşet.az