Filippinin cənubundakı baş verən sürüşmədə həyatını itirənlərin sayı artıb.
Manset.az xəbər verir ki, Associated Press (AP) agentliyinə danışan Davao de Oro əyalətinin rəsmilərindən Edvard Makapili ölkənin cənubundakı Masara kəndində baş verən sürüşmə ilə bağlı açıqlama verib.
Torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayının 11-ə yüksəldiyini qeyd edən Macapili, axtarış işləri nəticəsində 31 yaralının xilas edildiyini bildirib.
Macapili itkin düşdüyü bildirilənlərin sayının 110-a yüksəldiyini qeyd edib.
Macapili, hərbçilər, polis və könüllülərdən ibarət axtarış-xilasetmə qruplarının yenidən torpaq sürüşməsi ilə bağlı narahatlıq səbəbilə itkin düşənlərin axtarışlarını hələlik dayandırdığını bildirib və işlərin sabah da davam edəcəyini bildirib.
Təbii fəlakətə qarşı mübarizə rəsmiləri açıqlama verib.
Açıqlamada, rayondan 1165-dən çox ailənin təxliyə edildiyini bildirilib.
Jalə
Manşet.az