Putin illər sonra ilk dəfə Qərb mediasına müsahibə verdi - VİDEO

10:39 - 09 Fevral 2024

Putin illər sonra ilk dəfə Qərb mediasına müsahibə verdi - VİDEO

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibə başlayandan bəri ilk dəfə Qərb mediasına müsahibə verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlsona müsahibə verən Putin ABŞ, Aİ və NATO-ya səslənərək “Qərb Ukrayna ilə müharibədə Rusiyanı məğlub etməyin mümkünsüz olduğunu anlamalıdır" deyib.

Putin 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı müharibədə haqlı olduğunu tarixi əsaslarla uzun-uzadı izah edib.

Rusiya prezidenti Vaşinqton administrasiyasına “Əgər həqiqətən müharibəni dayandırmaq istəyirsizsə, silah tədarükünü dayandırmalısız” - deyə səslənib.

İki saatdan çox davam edən müsahibəsində Rusiya lideri 1990-cı illərin əvvəlindən NATO-nun genişlənmə səyləri ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib.

Putin, NATO-nun genişlənməsinə ehtiyac olmadığını və ABŞ-ın bu mövzuda verdiyi sözə əməl etmədiyini bildirib:

"NATO genişlənərsə, hər şey Soyuq Müharibə dövründəki kimi olacaq, yalnız Rusiya sərhədlərinə yaxınlaşacaq. Hamısı bu qədər. NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair söz vermişdiniz, amma bu, 5 dəfə gerçəkləşdi”.

Karlsonun Polşaya hücum edib-etməyəcəyi sualına isə Putin “Moskvanın Rusiyanın regiondakı digər NATO-ya üzv ölkələrinə (Polşa və Latviya) və ya ümumilikdə Avropa qitəsinə müdaxiləsindən söhbət gedə bilməz” deyib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az